Yol vermə gələ məclisə əğyari, məsəl var
Yol vermə gələ məclisə əğyari, məsəl var: Milçəkləri qənddən, gözəlim, çünki qovarlar.
Zindanda, qəfəsdə sanıram könlümü sənsiz, Sənsiz nə gülüstan mənə xoşdur, nə çəmənzar.
Vay o kəsin əhvalına, təyin edə bilmir, Zəng səsləridir, yoxsa ki, bülbüldür edən zar.
Avarə düşən qəlbimin ahi məni üzdü, Əfsus, doyunca üzünü görmədim, ey yar.
Heyran sənə qurban, yanına qoyma, rəqibi, Əğyara könül vermə sən ey yari-vəfadar.
|
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info