Altı yerdən yenə, hicran xəbərim gəldi mənim
Altı yerdən yenə, hicran xəbərim gəldi mənim. Getdi cananım əlimdən, gülənim güldü mənim.
Yox ümid vəslinə ay üzlü o şuxin heyhat, İşim indi böyük Allaa təvəkküldü mənim.
Xaliq etsin məni qurban o gülün torpağına, Çünki könlüm, nə edim, bir buna qabildi mənim.
O əgər aşiqinin üstünə xəncər çəksə, Görəcək razi-niyazım göyə yüksəldi mənim.
Həsrətindən onun, Heyran, eləyim ahü-fəğan, Eşidib bəlkə səsimdən halımı bildi mənim.
|
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info