Səba, var kuyi-dildarə sölə kim, nobahar olmuş
Səba, var kuyi-dildarə sölə[1] kim, nobahar olmuş, Ki, gu firdovsi-əla bu cahanda aşikar olmuş.
Vüsalindən cida düşdüm o yarın mövsimi-güldə, Əgərçi, güllər açmış, gülşən içrə laləzar olmuş.
Kəməndi-zülfü ilə, tiği-əbrusilə dildarın, Misali-mürqi-besməl seydi-qəlbim gör şikar olmuş.
Qəmində bu dili-bimarə hər dəm nalədir həmdəm, Fəraqindən o dildarın sitəmlə dağidar olmuş.
Gecəm geysusinə bənzər pərişanvar uzunluqda, Günüm ol zülfi-mişkinfam tək hicrində tar olmuş.
Camalından cida yarın olubdur xatirim qəmgin, Fəraği-mahi-ruyindən dü çeşmim əşkbar olmuş.
Olubdur munisi əğyari-bədkarü sitəmkərlər, Ki, guya güldən ayrı bülbülə həmrah xar olmuş.
Gecəm geysusinə bənzər pərişanvar uzunluqda, Nə möhnətdir, bu möhnət, bilmirəm, Heyran düçar olmuş.
|
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info