O mahi-arizə çün zülfi-müşginin hicab oldu
O mahi-arizə çün zülfi-müşginin hicab oldu, Dedim, əbri-siyəh pəs ruyi-xurşidə niqab oldu.
Təcəlla eyləyib nuri-cəmalin aləmi tutdu, Onun bir zərrəsi getdi səmadə afitab oldu.
Əsib badi-səba, ol zülfi-ənbərsa olub bərhəm, Pərişan oldu könlüm xeyməsi, aləm xərab oldu.
Çü mürği-dil görüb-xali-siyahin, danə figr etdi, Bəli, rüxsari-atəşnaküvi[i] görcək kabab oldu.
Zibəs qan ağladım hicri-rüxündə ey mələkmənzər, Rüxi-zərdim sirişki-alilə rəngin xəzab[ii] oldu.
Yanıb hicrin oduna ruzü şəb, pərvanə tək Heyran, Rüxi-zərdim sirişki-alilə rəngim xəzab oldu.
|
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info