Ey fələk, dərdü qəmim şərhini cananə yetir
Ey fələk, dərdü qəmim şərhini cananə yetir, Səbt[i] qıl mülk xəracini,[ii] o sultanə yetir.
Daha yox tabü təvan cismi-zəifimdə mənim, Ya ki, al canımı, ya dərdimi dərmanə yetir.
Ruh pərvərdi ləbi vəqti-təbəssümdə, səba! Ruhi bu təndən halıb, ol ləbi-xəndanə yetir.
Gördü ol zülfi könül, oldu pərişan əhval, Bu pərişanlığımı zülfi-pərişanə yetir.
Zülfü ruyün elədi məzhəbimi süst mənim, Ya məni kafər elə, ya da ki, imanə yetir.
Getdi ol Yusifi-məhru, gözüm ağlama az, Xuni-nabi-ciyərin[iii] cəhd elə ümmanə yetir.
Bunca Heyrani-həzin, salma ayaqdan özüvü, Gülşəni canda bitən sərvi-xuramana yetir.
|
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info