Ey çərx, mənim ahi-şərərbarimə rəhm et!
Ey çərx, mənim ahi-şərərbarimə[i] rəhm et! Hicranə yanan sineyi-əfkarimə[ii] rəhm et!
Sübhə kimi əncöm[iii] sayaram fikri-rüxündə, Hicran gecəsi dideyi-bidarıma[iv] rəhm et!
Qürbət ələmi, yar fəraqi məni aldı, Qürbətdə qalan cani-giriftarıma rəhm et!
Tənha qalıban bikəs olub, yardən ayrı, Bikəsliyimə, həsrəti-besyarıma[v] rəhm et!
Əşk ilə edib hər tərəfə seyl rəvanə, Çün əbr[vi] sifət çeşmi-göhərbarimə[vii] rəhm et!
Hicrani-rüxi-yar[viii] məni saldı ayaqdan, Çatdır məni ol munisi-qəmxarimə, rəhm et!
Yüz zəhmət ilə xamuş olub bu dili-viran, Heyran! Fəğan etmə, dili-zarimə rəhm et! [i] Ahi-şərarbar – Alovlu ah. [ii] Sineyi-əfkar – Dərdli sinə. [iii] Əncəm – Ulduzlar. [iv] Dideyi-bidar – Yol gözləyən, oyaq göz. [v] Həsrəti-besyar – Sonsuz həsrət. [vi] Əbr – Bulud. [vii] Çeşmi-göhərbar – Gövhər saçan göz, məc, yaşlı, ağlayan göz. [viii] Hicrani-ruxi-yar – Yarın üzünün ayrılığı.
|