El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən,
Anam, doğma vətənimsən!
Ayrılarmı könül candan?
Azərbaycan, Azərbaycan!
Səməd Vurğun
KEÇƏR
Bəzən yosmalar alayı, Əllərində nurdan ayı Dağdan, arandan keçər! Bəzən elin bir qadını, Bildiyin yoxkən adını, Gülümsər, yandan keçər! Hərdən yumuşaq bir ipək, Dalğalanar ətək-ətək, Ürəkdən, qandan keçər! Görürsən bir telli yıldız, Şimşəyi andıran bir qız Süzülüb, qandan keçər. Şümşad boylu, gözü almaz, Salam verrəm, salam almaz! Cavadı heç saya salmaz. Gedib, biyabandan keçər!