BEYTLƏR, ÜÇLÜKLƏR VƏ DÖRDLÜKLƏR
Ovçu bilməz, xəyalının öz səsidir, Öz qəlbinin, öz eşqinin nəşəsidir?! Bu səs bəzən bir quş olur, Bir budağa qonmuş olur, Ötür yoncalı bağda! Bəzən baxarsan bir maral, Əndamının hər yeri xal, – Gəzər dumanlı dağda!.. İlk baharın ilk nəfəsi, Coşan eşqin bir həvəsi; Nə olursa, olsun adı, Səsdir ruhumun qanadı! Ancaq mənim duyduğum səs, Bu səslərə heç bənzəməz.
|
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info