Qonaq Kitabı
XORTDAN

İki qonşu bir gün bəhsə girdilər,

Biri bizim Həsən, biri də Cəfər.

Həsən dəmir şişi götürüb dedi:

- Əgər bu dəmiri sən gecə vaxtı

Bir məzara yalqız sancıb gələsən,

Nə istəsən verrəm, bu sən öləsən.

Cəfər kişiləndi, aldı dəmiri,

Həsən də göstərdi bir köhnə qəbri.

 

Axşam oldu, ay qaranlıq gecədə,

Cəfər yola düşdü, şiş də bir əldə.

Aradı, aradı qəbrə yanaşdı,

Tələsik şişi də sağına sancdı.

Bilmədi, dəmiri çuxaya çaldı.

Getmək istəyəndə lap dona qaldı.

 

O, qalxmaq istədi, dəmir sarıldı,

Xortdan xəyal edib zəhri yarıldı.

 

10 aprel, 1913



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info