Qonaq Kitabı
KÜR

     nə gözəl qızlar getdi.

Yaxşı yadında qalmış

     kim öldü, kim dirildi,

Hər gələn qanlı dinə

     nə qurbanlar verildi.

Lakin sən heç bir zaman

     qalmadın axışından,

Heç bir şey duyulmadı

     dalğasız baxışından;

İnsanın ömrü kimi

     axıb getdin dənizə,

Nə düşmənə “çor!” dedin,

     nə “can!” söylədin bizə,

Hər pozğun vermiş ordu

     keçən zaman yanından,

Yaralılar suyundan,

     sən onların qanından

İçdikdə sezdirmədən

     ölkə kimin malıdır.

Suyun kimin haramı,

     kimlərin halalıdır?

Gülmədən, ağlamadan

     sayğısız axıb keçdin,

Nəşəyə, göz yaşına

     bir gözlə baxıb keçdin;

Sinən dolu xəzinə -

     hər bir kəsə vermədin,

Bağlara, bostanlara

     xeyir üçün girmədin

Quldur kimi calandın,

     bac aldın dağdan, daşdan,

Nə gülüşlər anladın,

     Nə qorxdun qanlı yaşdan

Kür!

     Ey dəli Kür!

       İşvəli Kür!

         Artıq topla özünü,

Gəl qısa kəs sözünü!

 

Görmədinmi, nədir, sən,

Devirdiyim tacları.

Bu sərkəş təbiətdən

Toğladığım bacları?!

 

Nə qorxum, nə də ürküm

Yoxdur çaydan, dənizdən.

Mənim nəşəli türküm

Ürkməz dumandan, sisdən.

 

Bax məndəki qüvvətə -

Qarlı dağları yardım.

Hayqırıb təbiətə,

Yerin qoynuna vardım.

 

Gəzdiyim quyularda

Azğın cinləri boğdum.

Bu tilsimli diyarda

Qaranlıqları qovdum.

 

Bir səs duydum dərindən

Çıxdım Qaf yoxuşunu;

Zalımların əlindən

Qapdım dövlət quşunu.

 

Qururam yeni həyat,

Mən hara, durmaq hara?

Quşlardan aldım qanad -

Dırmandım buludlara.

 

Qorxunu mən qaldırdım

Dövranın gərdişindən.

Çox qurbanlar saldırdım

Aslanların dişindən.

 

“Məndədir qüvvət” deyə

Mən seylədim ucadan;

Mən bağırdım fələyə:

“Buyur, bu top: bu meydan!”

 

Kür,

Bu gün dünya qovuşmuş haq bağıran

     səsimdən,

Cahanın məzlumları feyz alır nəfəsimdən.

Möcüzələr yaradır alnımdakı qan-tərim,

Dünyanın hər yerində söylənməkdə hünərim.

Mən tərənnüm etdiyim əmək qəsidəsindən,

İdrakımla vurduğum çəkicimin səsindən

Çatlayır divarları qaranlıq zindanların,

Mənədir hər ümidi əzilmiş insanların.

Mən oldum ilkin quran dünyada düzgün əsas;

Mən yıxdım, mən devirdim,

     mən aldım gücdən qisas.

 

 

Mən artıq tək Kür deyil,

Dənizləri boğaram.

Məğrur olma çox, əyil;

Qudurdunmu, qovaram.

 

Qul olarsan istəsəm,

Dırmaşarsan dağlara;

Gəzməzsən belə sərsəm,

Can verərsən bağlara.

 

Tutaraq cilovundan

Azdıra da bilərəm

Bu gün qətlinə fərman

Yazdıra da bilərəm.

 

Əlimdədir cilovun,

Sıxaram çıxar suyun;

Sönər odun, alovun,

Qısalar uzun boyun.

 

Hər şeyini soyaraq,

Püflərəm çırağını.

Məngənəyə qoyaraq,

Çıxararam yağını.

 

Güvənmə çox qoluna,



 
[1] [2] [3] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info