ŞEİRİMƏ
Ey çürük ruhumda doğan nəşidə, Mən səni çox sevdim doğduğun gündə. Səmimi bir cocuq gülüşləriylə, Çırpınıb açdığın o dadlı dilə. Heyran oldum, dönə-dönə dinlədim. Uyudun, üstündə ninni söylədim, Doğarkən təbimdə, duydum dilindən, Əlimdən çıxarkən, öpdüm əlindən. Bilmədən başına nələr gələcək, Sən bir çiçək oldun, mən - bir göbələk!
Yeltənmə bu gün kəndini sevdirməyə yersiz. Əlləşmə mənim açmağa qəlbimdə bir az iz! Get, qalma yolundan, sonu yoxluq Vətənindir. Al get! Sənə göz yaşları bunlar da sənindir. Gəldikdə sevindim, gedər olsan, yenə öylə, Artıq o yavan sözləri şeytanlara söylə! Şerin canı, şair olana canlı hərarət. Yox səndə o, çünki mənə heç olmadı qismət. Təbimlə bərabər yürü heçlik, yürü yoxluq! Get, get, mənə təsir edəməz yapma cocuqluq! Fanili, 2 iyul 1913
|