Qonaq Kitabı
Topsaqqallı kişi

Nəhayət Ayişəni buraya gətirmişdilər. Topsaqqallı adamın ailəsi də burada idi. Ayişə bu ailədə yaşayırdı. Bayılıb yıxılarkən başında açılan yara bir həftə sonra sağala bilmişdi. İndi isə Ayişə onu sürükləyən, yavrusunu yemək istəyən o eski həyata üsyan edərək onlar ilə mübarizəyə gedirdi...

Bir neçə gün sonra Ayişə bəklədiyi bu mübarizə başladı. Könüllülər müdhiş bir cürətlə mübarizəyə getdilər. Topsaqqallı adam bu günlərdə ovunu tapmış aslanlara bənzəyirdi.

İnqilab olandan bir həftə sonra idi. Şəhərdə bir canlılıq görünürdü. Hər yanda qırmızı bayraqlar qürur ilə yellənirdi. Zavodun qabağına bir çox dəstə toplaşmışdı. Mazutlu əllərin tutduğu bayraqlar salamlaşırdılar.

Öndə duran meşin pencəkli birisi: –Məşədinin cəmiyyəti gəlib çıxmadı. Xalq onları görməyə çox maraqlanır, doğrudan da onlar bu inqilabda can qoydular. Afərin onlara!.. Yanında duran bir başqası təsdiq ilə:

–Məşədinin hücumu mübarizəyə yenidən can verdi. Ancaq bu nədən gəlib çıxmadı... Bunların söhbətlərini ccəmiyyətdən çıxan sevincli səslər kəsdi. Dallarına baxdılar. Qoşa qatarlı, parlaq silahlı əlliyə qədər cavan dalda gülümsəyərək durmuşdular. Önlərində topsaqqallı adam təmkin ilə dayanmışdı. Topsaqqallı adamın yanında Ayişə vardı. Ayişə gülümsəyirdi. Gurultu bu qəhrəman cəmiyyətə doğru yaxınlaşırdı. Öndəki meşin pencəkli adam hayqırdı:

–Yaşasın inqilab mübarizləri! Yaşasın Məşədi!

Xalqdan bir səs kimi gurultu qalxdı. Bayraqlar sevinclə yelləndilər.

Ayişə əlini qaldıraraq çığırdı:

–Yaşasın yeni dünya! Yaşasın qadınlar azadlığı!

Topsaqqallı adam irəliyə iki-üç addım atdı. Bir əlində parlayan silahını tutaraq, o biri əlilə iri qırmızı bayrağı yuxarı qaldırdı və söylədi:

–Yaşasın inqilab!.. Yaşasın yeni dünya! Yaşasın qızıl ölkəmiz!

Bayraqlar dalğalandı, cəmaət eyni sözləri bacararaq təkrar etdi.

Dağlar bu səsə qəhqəhə ilə əks-səda yaydılar.

 

M. Sabit

“Dağıstan füqərası” 26 fevral â„– 46, 27 fevral â„– 47, 1 mart â„– 49,

4 mart â„– 51, 5 mart â„– 52, 6 mart â„– 53, 1929.

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info