Qonaq Kitabı
QƏZƏL

Tiri-qəmzən dili-zarımla tutub ünsü əlayiq,

Əksi-hikmətdir ol şey ki, ola eşqə müvafiq.

 

Çeşmi-məstin sevərək mərdüminə oldu müqəllid,

Əqli-nabalığımız kəsb edə ta rəmzi-dəqayiq.

 

Dili-üşşaqi ki, sədparə qılar tiği-məlamət,

Parələr nuri əcəbdirmi ola göylərə fayiq.

 

Mərəzi-eşqə müalic olu qabilmi təbabət,

Qeyri-eşqin hədəfi olmağa gər sinədü şayiq.

 

Tərki-tən qıl, olasan kişvəri-dildarə mühacir,

Şəmü pərvanə hədisin oxu, ey aşiqi-sadiq.

 

Qabil olmazdı məhim can verə əmvata Məsiha,

Verməsəydi ləbin ecazi belə əmrə rizaliq.

Bizə hicran odu, əğyarə vüsal olsa da qismət,

Min təşəkkür ki, bu müştaq olub cövrinə layiq.

                                                                                 1909

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info