QƏZƏL
Tiri-qəmzən dili-zarımla tutub ünsü əlayiq, Əksi-hikmətdir ol şey ki, ola eşqə müvafiq.
Çeşmi-məstin sevərək mərdüminə oldu müqəllid, Əqli-nabalığımız kəsb edə ta rəmzi-dəqayiq.
Dili-üşşaqi ki, sədparə qılar tiği-məlamət, Parələr nuri əcəbdirmi ola göylərə fayiq.
Mərəzi-eşqə müalic olu qabilmi təbabət, Qeyri-eşqin hədəfi olmağa gər sinədü şayiq.
Tərki-tən qıl, olasan kişvəri-dildarə mühacir, Şəmü pərvanə hədisin oxu, ey aşiqi-sadiq.
Qabil olmazdı məhim can verə əmvata Məsiha, Verməsəydi ləbin ecazi belə əmrə rizaliq. Bizə hicran odu, əğyarə vüsal olsa da qismət, Min təşəkkür ki, bu müştaq olub cövrinə layiq. 1909
|
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info