Sərv qaldı cilvədən sərvi-xuramanım görüb
Sərv qaldı cilvədən sərvi-xuramanım görüb, Gülməz oldu gül daxi gülbərgi-xəndanım görüb.
Gər pərişanəm, vəli şadəm ki, eşqidən rəqib, Xatirin cəm eylədi hali-pərişanım görüb.
Yardən də'vayi-qətlim eyləsəm irməs əcəb, Gər pərişan ola şux hali-peşimanım görüb.
Mahi-no ovci-fələkdə sanma gər kim aftab, Tutdu üz şərməndəlikdən mahi-tabanım görüb.
Oldu təsiri-cünunim öylə kim, rahi –ədəm, Tutdu Məcnuni-dəhrdən hali-giryanım görüb.
Sinəmi şak eylədüm hər yan məni bidərdlər, Etdilər rüsvayi-aləm daği-pünhanım görüb.
Yar cövrü bəs degilmi, Sadiqi, şad olma kim, Tərki-cövr etdi fələk birəhm cananım görüb.
|
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info