Xoşa onlar ki, canan bəzmində məhrəmləri bardur
Xoşa onlar ki, canan bəzmində məhrəmləri bardur, Mənimdik bikəs ərbablar, yavuq həmdəmləri bardur.
……… çün söz birlə əhvalın sorar əğyari-bidərd, Neçün şad olmasunlar, rəhmsiz mərhəmləri bardur.
Məgər kim, ol səri-ku itləri məlum qılmışlar, Mənim yox olduğum kim, əcəb matəmləri bardur.
Məni əfsürdə qıldı hicr suzi-vəsli-canımdin, Qavansunlar olar kim, özgəcə aləmləri bardur.
Gözün mərdümləri ta tutdu mənzil bəhri-əşkimdə, Müəyyən oldu kim, aləmdə su adamları bardur.
Olar kim, şadmanluq birlə ömrü sərf qılğaylar, Əgər naşad olursa Sadiqi, biqəmləri bardur.
|
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info