Hər nəfəs gündin yədi-beyza edər izhar sübh
Hər nəfəs gündin yədi-beyza edər izhar sübh, Belədür dəvayi-ecaz etsə Musavar sübh.
Mehridin guya ki, bir xurşidvəş yüz göstərir Kim, nisar eylər həzaran ___ lölöyi-şəhvar sübh.
Guyiya gəlmiş kənarına ömrünün günü Kim, qılır hər dəm əyan mundaq sarıq rüxsar sübh.
Ta edə rövşən cəhan əhlinə dağ sinəsin, Hər səhərgahını neyçün yakasın yırtar sübh?
Kəsrəti-şəbnəmlə olmuşdur libası cümlə yaş, Günə qarşu hər dəm anınçun açar dəstar sübh.
Sadiqi, aldanma dəhrin zövqi-sübhü şamına Kim, gedər besyar şamü həm gəlür besyar sübh.
|
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info