Şekoft iməs ki, nəsimi-səxavət ilə bu gün
Şekoft iməs ki, nəsimi-səxavət ilə bu gün, Bənəfşə qamətidin getsə əzayi-əna.
Əcəb degil ki, əgər qılsa zərrəpərvərlik, Yetə üruc məqamında aftabə səha.
Nə söz əgər diləsə xatiri təvazö ilə, Edər sipehr sərəfraz qamətini düta.
Şüayi-şöleyi-tiği, lütfi-iclali, Müqəvvi tutar azərü nümayişi-ma.
Şicaətü kərəmü lütf xülqdür bizzat, Kişi neçün edə şərhi-sifatini inşa.
Bu gülşən içrə olursa həzar dastan tək, Nəvayi-mədhi ilə Sadiqi sürudsəra.
Yəqin ki, acizi-mədhi-ədanı mədhidir, Onun ki, edə kəlamın duası birlə əda.
Həmişə ta ola dərdmənd sərsərdi, Müdam ta edə fəsli-bahar ona dəva.
Gül səadətinə irməsün nəsimi-xəzan, Bahari-mərtəbədən olmasun nihalı cüda.
|
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info