Qonaq Kitabı
İrişdi vəqt ki, rəf ola etidali-həva

İrişdi vəqt ki, rəf ola etidali-həva,

Çəkə büsati-çəməndən ayağ nəsimi-səba.

 

Çəmən zərifləri künci-inzivayə girib,

Mürəttəb etdilər əsbabi-bəzmgahi-cəfa,

 

Mətai-məxzəni-bustanı etdilər tarac,

Hücumi-sərsərdi-bürdbürd badi-fəna.

 

Füsürdə oldu çəmən bəzmi çıxmağa bir kəs,

Səbayə guşeyi-çeşm ilə eylədi ima.

 

Degil xəzan vərəqi lövn-lövn gülşəndə.

Biri kəbudü biri əsfərü biri həmra.

 

Mürəttəb etdi sədəflər zəmanə nəqqaşı

Ki, ola güllərə fəsli-bahar çöhrəguşa.

 

Dağıtdı seyrəfiye-dey şükufə dirhəmini,

Rəvac tapdı tilsimati-Bu Əli Sina.

 

Şükufə olsa pərişanü müztərib, nəşekoft,

Çinarü söyütü ki, bidəstü pa edər sərma.

 

Yeritməz oldu çəmən içrə cuybar suyun,

Daş oldu möcüzi-sərma ilən bu əjdəha.

 

Yetişdi şiddəti-bürudətlə öz cərasinə,

Bənəfşə ilə müqabil duran zəbani-nəfqa.

 

Həvayi-gülşən üçün ruzigar memarı,

Hübabdən yasadı öylə üstüvar bina

 

Ki, yoxdur ona xələl ruzigar babından,

Yıxılsa fərşi-zəmin üstə bargahi-səma.

 

Çavurdu gül yüzünü qibləgahi-gülşəndən,

Cəfadən olsa müsəlman əcəbmidür tərsa.

 

Hicabi-çöhreyi-gül kəsdi əndəlib dilin,

Nə bərg qaldı çəmən bəzmgahında, nə nəva.

 

Kəsildi rəsmi-təvəllüdləri kim, etməzlər,

Müvasilət həvəsin ümməhat ilən aba.

 

Səvadi-səbzədə su şəhnəsi sibqət ilə,

Müqimi-gülşən ilə bəs ki, eylədi qovğa.

 

Həva xonək hərəkatilə söylədi ki, dağ,

Çəmən cəmaətinə hökmin eyləyə içra.

 

Həva bənəfşə ilən öylə rəşədar etdi

Kim, üstüvar degil bir nəfəs əlində əsa.

 

Hərəmsarayi-çəməndə lətif cariyələr

Ki, dar idi bari gülçöhrəvü səmənsima.

 

Dəmi-təsərrüfi-sərma ilə yox onlarda,

Bu gün bənəfşəvü reyhan təfavüti əsla.

 

Həva hədiqəvü büstanın eylədi xali,

Bu vəchilən mütəğəyyir olur vücudi-xəla.

 

Nişat ilən çəmən ətfalı getdilər bir-bir,

Məgər bənəfşə kim etdi həca oxur da xəta.

 

Kəbud etdi binaquşi müəllimi-dey,

Ona tapançeyi-bərd ilə bəs ki, urdu qəfa.

 

Həva təhərrükindin biqərardur, ey sər

Ki, sürət ilə rəvan eyləyə hürufi-heca.

 

Bu dəmdə gülşəndə basdım qədəm məniməhzun,

Bəli, təbiətimi etdi münhərif sevda.

 

Hərifi-gülşənin gördüm nişatdən xali,

Vücuddən mütəərriz müqimi-kuyi-fəna.

 

Demə hədiqə muna, bir səvadi-kişvəri-Lut,

Demə çəmən muna, bir bisəbat köhnə səra.

 

Üburi-ləşkərdi, mülkin eyləmiş viran,

Hücumi-badi-fəna rəxtin eyləmiş yəğma.

 

Olub nəsimi-səba gülbənə təvəhhüli-hal,

Tutub səmum məzacın həvayi-ruhfəza.

 

Xonək ədalərilən qönçə könlüni yığmış,

Bəsi xonək görünür əhli-xalidin bu əda.

 

Demə səba muna, bir köhnə möhtəsib şagird,

Demə nəsim muna, bir hərifi-cövrü cəva.

 

Gördün, gördün bu əsəspişələr miyanındin,

Töküb piyalə gülü qönçə, sındırıb mina.

 

Füsürdə hər biri bir guşədə, pərişanhal,

Nə nəşv mənzili munlarda, nə təriqi-nüma.

 

Bu halət içrə gözüm tutdu peyrovi-azadə,

Biri-birinə münasib tərakibi-əcza.

 

Təriqi-cilvəsi həvəsi-mülayimül-hərəkət,

Ədası, nazü dili, xürrəmü-qədi rəna.

 

Təəccüb ilə sorub istədüm, dedim ki, neçün,

Həvası xəzan bir cəmaətdin etdi müstəsna.

 

Nədən sana bu cəmaət edər səhiduni,

Nədən sana bu rəayət edər rəğmi-səba.

 

Zəbani-hal ilə ayıtdı ki, ey məğbulhal,

Həngamə eyləyə əhadisi-hadisati-qəza.

 

Bu dövrü belə məni dur etdisə məaf,

Bu dövri-səbəb məni əyyam eylədisə səva.

 

Gəh bari-müşabehəti…. qamətə kim,

Urar unətü naz ilə çərxə istiğna.

 

O kim, bəla ilə zəxmi-canə tökdü nəmək,



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info