Dil saçından oldu sevdayi mizac
Dil saçından oldu sevdayi mizac, Cana, şirin ləblərindən et əlac.
Eyni candır əllərindən zəhri-nab, Sənsiz abi-zindəgi milhi-ücac.
Ənbəri-sara saçından oldu xak, Nafeyi-Çin necəsi bula rəvac.
Hüsnünin razın necə saxlaya dil, Gizləmək mümkünmi misbahi zücac.
Cövhərindən xaki-pakin, ey sənəm, Erişən baş olmadı möhtaci-tac.
Bu Həbibi dünyəvü üqbadə bəs Həsrətindən qeyrə etməz ehtiyac.
Olmadan bu badü atəş xakimiz, Mahi-mehrinlə bulaydı imtizac.
|
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info