Qonaq Kitabı
Dil saçından oldu sevdayi mizac

Dil saçından oldu sevdayi mizac,

Cana, şirin ləblərindən et əlac.

 

Eyni candır əllərindən zəhri-nab,

Sənsiz abi-zindəgi milhi-ücac.

 

Ənbəri-sara saçından oldu xak,

Nafeyi-Çin necəsi bula rəvac.

 

Hüsnünin razın necə saxlaya dil,

Gizləmək mümkünmi misbahi zücac.

 

Cövhərindən xaki-pakin, ey sənəm,

Erişən baş olmadı möhtaci-tac.

 

Bu Həbibi dünyəvü üqbadə bəs

Həsrətindən qeyrə etməz ehtiyac.

 

Olmadan bu badü atəş xakimiz,

Mahi-mehrinlə bulaydı imtizac.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info