ADƏTİMİZ DAŞ İDİ DƏVA GÜNÜ
Adətimiz daş idi də`va günü Tullarıdıq əldə sapan qıjhaqıj!
Hər kəsə dəysəydi, edərdi haman Bir neçə gün ahü fəğan, ufhauf!
Mərhəm olurdu, sağalırdı yara, Əldə qalırdı yenə can sapbasağ.
Imdi revolverdi, dönüm başına, Nagəh olur gülləfəşan partapart!
Onda görürsən yıxılıb yanbayan Bir neçə növrəstə cəvan laybalay!
Tüf belə dövranə ki, bədtər olur Seyri-fələk, dövri-zəman ilbəil!
Milləti-islam qırır bir-birin, Allah, aman, bu nə yaman qırhaqır!
Qardaşa bax, qardaşını öldürür, Vahşi olub əhli-cəhan sərbəsər!
Milləti gördükcə belə hərcü mərc Könlüm olur dopdolu qan qatbaqat.
Böylə gedərsə, Bakı əldən gedər, Qalmaz o məvadə aman hiç, hiç!
Bari, xudaya, özün islah qıl, Ta edələr pirü cəvan sülh, sülh!
İlk dəfə “Molla Nəsrəddin” jurnalında (27 oktyabr 1906, â„– 30) “Hop-hop” imzası ilə çap olunmuşdur. Jurnalda şerdən əvvəl “Başına dönüm, Molla əmi!” adı altında kiçik bir felyeton çap edilmişdir. Məzmununa və ifadə tərzinə əsasən həmin felyetonun da M.Ə.Sabir tərəfindən yazıldığını ehtimal etmək olar.
|