Qonaq Kitabı
MÜƏLLİFİ MƏLUM OLMAYAN BAЈATILAR

Qoy dincəlsin xalx indi.

 

Əzizim, Ləngəbizi,

Qəşəti, Ləngəbizi,

Bir namərdin birisi,

Salubdur ləngə bizi.

 

Əziziyəm, sərin camı,

Doldur ver, sərin camı,

Fələk vurdu, dağıtdı,

Sən görən sərəncamı.

 

Əzizim, əsmə külək,

Səbrimi kəsmə külək,

Əzizim dənizdədir,

Qabağın kəsmə külək.

 

Əzizim, bir bizə gəl,

Qırmızı gey, təzə gəl,

Bir əlində şiş kabab,

Bir əlində məzə gəl.

 

Əzizi (-yə)m, güldən allam,

Gülabı güldən allam,

Burda bir bülbül ölüb,

Qanını güldən allam.

 

Əzizim, gülə bəndəm,

Bülbülə (-m), gülə bəndəm,

Ölkənizdə qəribəm, 

Bir şirin dilə bəndəm.

 

Əzizim, yad olan gözüm,

Ya dön, ya dolan gözüm,

Ağlamasın neyləsin,

Yardan yad olan gözüm.

 

Əzizim, ağlamazdım,

Gülərdim ağlamazdım,

Bilseydim vəfan budur,

Sana bel bağlamazdım.

 

Əzizi (+yə) m, vay dərdim,

Vay dərmanım, vay dərdim,

Xalx gül əkdi, gül dərdi,

Mən gül əkdim, vay dərdim.

 

Əzizim, məndə gülüm,

ŞeÒ» düşmüş, məndə, gülum,

(-Ay) əqli kəm canana bax,

Elə gül, mən də gülüm.

 

Əziziyəm, bir biryan,

Kabab biryan, bir biryan,

Sənlən keçən günləri,

Sal yadına, bir-bir yan.

 

 

Əzizim, Murov səndən,

Heç getməz qırov səndən,

Yüz il avçılıq etdim,

Urmadım bir ov səndən.

 

Əzizi (+yə)m, bizim yar!

Göydə (+ki) yıldızım yar!

Aləm yar qucar, yatar,

Mən qucaram dizim yar!

 

Əziziyəm, şan bağlar,

Şam ağacı şan bağlar,

Könlüm elə virandır,

Ari girsə şan bağlar.

 



 
[1] [2] [3] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info