Qonaq Kitabı
XORYATLAR

Adı nədi,

Ürəyin odu nədi.

Elə qardaş deyirlər,

Bilmirəm dadı nədi.

 

Sözüm sənə,

Düşübdür gözüm sənə.

Pulum yox qurban alım,

Qurbanam özüm sənə.

 

O da məni,

Salmadı yada məni,

Əğyar girdi araya,

Satdılar yada məni.

 

Mərd çəkər,

Sənsiz könül dərd çəkər.

Vətənin qeyrətini!

Namərd çəkməz, mərd çəkər.

 

Gördüyünü,

Göz tutur gördüyünü.

Yarımı xəbər alsan,

Sinəmdə gör, düyünü.

 

Yaralı qurban,

Ağlı, qaralı qurban,

Sənin təzə dərdinə,

KöÒ»nə yaralı qurban.

 

Söz dərmanı,

Kababdır göz dərmanı.

Ayağın dəyən yerdən.

Göturrəm göz dərmanı.

 

Xuda sənin,

Su sənin, su da sənin,

Gül çöÒ»rəni görəydim,

Şirin yuxuda sənin.

 

Qalasız,

ŞəÒ»ər olmaz qalasız,

Mən ki, gedərgi oldum,

Sağlığınan qalasız.

 

Dağlaram,

Bir bülbüləm çağlaram.

Canımı torpağına,

Qatanacan ağlaram.

 

Qar başlar,

Sır-sır bağlar ağ daşlar,

Qışın şaxtası sınar,

Qapım açsa qardaşlar.

 

Xalı üstə,

Xalının gülü üstə.

Neçəsi başın yardı,

Qıymazın malı üstə.

 

Qıyğacı bağlar,

Gülü gül tacı bağlar,

Bacının sınıq könlün,

Bağlasa bacı bağlar.

 

Yel yoludu,

Qoy gəlsin el yoludu.

Tənəm bulud oylağı,

Gözlərim sel yoludur.

 

Süzgün gözlərim,

Qəmdən üzgün gözlərim,

Gözəldən doya bilməz,

Baxsa yüz gün gözlərim.

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info