Qonaq Kitabı
OTLARIN BƏHSİ

Dedilər:

- Sən də düz demirsən.

Yola düşdülər, dağların dabanıyla, yolların kənarıyla gedib bir yaralanmış adama rast gəldilər. Yaralının qanı axırdı. Ondan soruşdular.

Yaralı ağzını-gözünü büzüb ufuldaya-ufuldaya dedi:

- Əlbəttə, Qantəpərlə Kandalaş, bir də Bat-bat.

Dedilər:

- Sən də düz demirsən.

Belə-belə çox adama rast gəldllər, adamların Ò»ər biri özünə lazım olanı bəyəndi. Axırda gedib bir yüksək dağa çıxdılar. Burada onlar bir Ò»əkimə rast gəldilər. Baxdılar ki, Ò»əkim dərman qayırmaq üçün çiçək yığır. Hamısı qaçıb onun yanına gəldilər. Dedilər:

- Həklm! Bizim bəÒ»simizi sən kəs: de görək hansımız yaxşıyıq? Sən bizim Ò»amımızı yaxşı tanıyırsan.

Həkim dedi:

- Siz Ò»amınız yaxşısınız. Dərdlər dərmanısınız. Hərənizin bir işiniz var. Siz Loğmanlar Loğmanı, Ò»əkimlər Ò»əkimisniiz. Mənim can-ciyərimsiniz. Ancaq ağsaqqalınız Üzərlikdir, onun sözündən çıxmayın. O sizdən də çox bilir, məndən də.

Həkim bilmədiyi, tanımadığı otları, çiçəkləri də öyrəndi, çox şad oldu. Otlar da onun sözünü təsdiq edib, oradaca Üzərliyi özlərinə padşaÒ», Gülxətmi ilə Qantəpəri vəzir, Qarğıdalı teli ilə Əvəliyi vəkil, Bağayarpağı ilə Qayayarpağını xəzinədar seçdilər. Üzərlik ədalətli bir padşaÒ» oldu. Otların Ò»ər birinə bir vəzifə tapşırdı. Onlar Ò»ər biri öz yerinə döndü. Kefləri kök, damaqları çağ, insanlar və Ò»eyvanlara mənfəət verib ömür sürdülər, dövran keçirdilər.



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info