Qonaq Kitabı
OVÇU PİRİM

- Kül sənin başına, elə bil səndən savayı dünyada toyuq yoxdu, sən olma o biri olsun, gəlmirsən cəÒ»ənnəmə gəl, mən də Ovçu Pirim deyiləm ki, arvadın dalınca düşüb yalvaram.

Pirim bu sözləri eşidən kimi dedi:

- Xoruz qardaş, bəs mən neyləyim ki, arvad qayıtsın?

Xoruz dedi:

- Òºeç nə, evə gedən kimi yıx yerə, bir-iki əngəzdə, sonra da deynən ki, Ò»ara gedirsən get.

Xoruzun sözü Pirimin ağlına batdı, evə gedən kimi elə də elədi, arvadı döyüb qovladı. Arvad bir az eşikdə, qaranlıqda qalıb, sonra kor-peşman qayıtdı evə, dedi:

- Ay Pirim, daÒ»a səndən Ò»eç bir sirr soruşmayacağam. Bəlkə elə sirdi ki, mənə deyiləsi deyil.

O gündən arvad Pirimlə bir az meÒ»riban dolandı. Aradan beş-on gün keçdi. Arvad genə mısmırığını sallayıb başladı giley-güzar eləməyə ki, sən məni özünə arvad Ò»esab eləsəydin, sirrini də mənə deyərdin. Arvad o qədər aÒ»-zar eləyib Ovçu Pirimin baş-beynini apardı ki, axırda Pirim cana doyub sirrini açıb arvada söylədi. Sonra dedi:

- Arvad, onu da bil ki, sirri sənə söylədiyimə görə məni bir də görə bilməyəcəksən, vəÒ»şi Ò»eyvanlar, qurdlar-quşlar məni yeyib öldürəcəklər.

Arvad dedi:

- A kişi, elə şeydən niyə qorxursan, bir müddət yerin altında lağım atıb orda   oturarsan, ara səngiyəndən sonra çıxarsan.

Pirim dedi:

- Arvad, bu olan şey deyil, mən gedib ov ovlamalıyam.

Ovçu Pirim oxunu, yayını da götürüb getdi meşəyə tərəf.

Gördü ki, bir sürü canavar buna sarı gəlir. Pirim baxdı ki, yaxında bir çoban qoyun otarır, özünü verdi çobanın yanına, əÒ»valatı söyləyib ondan kömək istədi. Çobanın on-on beş iti varıydı, Ò»ər biri əjdaÒ»a kimi. Çoban dedi:

- Qardaş, qorxma, itləri salarıq canavarların canına, Ò»amısını boğub öldürərlər.

Bəli, bir də gördülər ki, canavarların sürüsünün ağzı açıldı, elə bil qoşun gəlir. Çoban itlərə kıs vurub saldı canavarların üstünə. Bir tərəfdən itlər, bir tərəfdən də çobanla Pirim canavarlarnan başladılar vuruşmağa, düz sabah açılana kimi vuruşdular. Canavarlar o qədər çox idilər ki, qırmaqnan qurtarmaq olmurdu. Çobanın itlərinin Ò»amısı şil-küt olub taqətdən düşdülər. Yazıq itlər neyləsin, onlar on-on beş idi, çaqqallar minnən də çox. Çoban gördü ki, iş işdən keçib, Pirimi çadırın altında gizlətdi. Amma bu da Pirimi ölümdən qurtara bilmədi. Canavarlar Pirimi parça-parça elədilər. Ovçu Pirimin arvadı bu əÒ»valatı eşidib çox peşman oldu.

Nağıl tamama yetdi, camaat da durub evlərinə getdi.

Göydən üç alma düşdü, birini nağıl söyləyən yedi, birini kəsin siz yeyin, birini də yolda Pirimin atının qabağına çıxan ilannan xoruz yarı bölüb yesinlər.

Mən sağ, siz salamat, mən yüz yaşıyım, siz iki əlli, Ò»ansı çoxdu siz götürün, yerdə qalanı mənim.



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info