Qonaq Kitabı
AĞILAR

Çatıb baş-başa dağlar,

Sizdə oğul itirdim,

Dönəsiz daşa dağlar!

 

Eləmi şamda mələr,

Urmuda, Şamda mələr,

Yaxasız köynək geyən,

Bacasız damda mələr.

 

Köynəyin alacadır,

Geymisən alacadır,

Qoy ağlasın bacılar,

Qardaşım balacadır.

 

Mən aşiq, yüz il yanar,

Yüz Ò»əftə, yüz il yanar,

Sənin də oğlun ölsə,

Ürəyin yüz il yanar.

 

Maralın gözü qanlı,

Topuğu, dizi qanlı,

Balamı verməsəniz,

Tutaram sizi qanlı.

 

Qızılgül axçalandı,

Dərmədim axçalandı,

Sənə kimlər qarğadı,

Paltarın buxçalandı.



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info