Qonaq Kitabı
İnam və etiqadlar

 

Çaylarda, gölməçələrdə bitən ağ zanbağın gövdəsi elə ki uzanmağa başladı - deyərlər soyuq, şaxta ötüb keçdi.

Çəkilən dişi küçəyə atmaq suç sayılır.

Çərşənbə axşamı dırnaq kəsməyə alışan gəlinin uşağı olar - deyərlər.

Çinar qızılağacdan qabaq yarpaq açarsa, deyərlər yay isti, həm də quraq keçər, əksinə, qızılağac çinardan tez yarpaqlayanda deyərlər havanın soyuq, həm də yağmurlu olacağı gözlənilir.

Çıxan Ayın yanları (qulaqları) uzun olarsa, deyərlər Ò»əmin ay quraqlıq, gödək olarsa, deyərlər yağmurlu keçəcək.

Çox ov vuranın evində bərəkət olmaz - deyərlər.

Çörək əldən yerə düşsə, öpüb göz üstə qoyarlar - deyərlər, bərəkət qaçmasın.

Çuxur gözlər xain, mərÒ»əmətsiz olar - deyərlər.

 

Cəviz, əncir ağacının dibində yatan xəstələnər, ya da onu vurğun vurar – deyərlər.

Cümə axşamı dırnaq kəsən dövlətli olar - deyərlər.

Cümə ertəsi qulağı cingildəyən adamın muradı Ò»asil olar - deyərlər. 

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info