Qonaq Kitabı
İnam və etiqadlar

(Müxtəlif əşya, hadisə və canlılar haqqında ibtidai təsəvvürlər)

 

Axır çərşənbə gecəsində pis danışmaq, kefsiz olmaq, nalayiq hərəkətlər etmək olmaz. Deyərlər ki, insanın bu çərşənbə axşamı hər əməli, istəyi, fikri, davranışı təzələnir.

Axır çərşənbə gecəsində təbiətdə hər nə varsa, hamısı təzələnir – deyərlər.

Ayağının altı qaşınan təzə başmaq geyəcək, ya da uzun yol gedəcək – deyərlər.

Ayağının baş barmağı böyük olanın bəxti açıq olar – deyərlər.

Ayağın özgə dabanına toxunsa, aranızda dava düşər – deyərlər.

 

Başqasının ayaqları üstündən adlayan adamın boyu qısa olar – deyərlər.

Başı daz olanın ağlı da çox olar – deyərlər.

Barmağında xalı olan qadın yaxşı xörək bişirər – deyərlər.

Barmaqları arxaya qatlanan adam nəcib, bacarıqlı sayılar.

Bazar günü dırnaq tutularsa, sovqat gələr – deyərlər.

Başından hörümçək sallansa, deyərlər səfərdən adamın gəlir.

Belə deyirlər ki, guya hal gözəgörünməz bir varlıqdır. Onlar da insanlar kimi yaşayır.

Bir-birinin gözündən öpənlərə: - Bir-birinizdən aralı düşərsiniz – deyərlər.

Bir şey haqqında düşünərkən od hislik saldımı, o şeyin baş tutmayacağını – deyərlər.

Bara göz dəyməsin deyə, bostanın ortasında basdırılmış ağaçın başına quru Ò»eyvan kəlləsi qoyar, - deyərlər ki, qoy barı bol olsun.

Burnu böyük olanlar nankor sayılır.

Burun qaşınanda xiffət olacaqdır - deyərlər.

 

Qadınlar belə Ò»esab edirlər ki, guya Ò»al iynədən qorxur. Ona görə də onlar körpələrinin, özlərinin üstlərinə iynə sancırlar.

Qarğalar qışda qar yağmamışdan qabaq Ò»avada fırlanıb sonra yerə otursa, deyərlər Ò»ava qızacaq, evlərin üstunə, ağacların zirvəsinə qonsalar, deyərlər şaxta olacaq. Yox, əgər ağacların budaqlarına otursalar, onda külək qalxacaqdır - deyərlər.

Qaşı düz olan adamın ağlı da çox olar - deyərlər.

Qaşı qaşınan adama: - Mütləq bir tanışınla qarşılaşacaqsan - deyərlər.

Qoyunu saymaq nəsdir - deyərlər.

Quraqlıq vaxtı yağış yağsın deyə, tısbağanı ayağından asarmışlar.

Qulaq cingildəyəndə «kimsə sözümü danışır» - deyərlər.

Qulaq qaşınanda «yağış yağar» - deyərlər.

Qulağı uzun olanın ömrü də uzun olar - deyərlər. Qulağı böyük olanın baxtı da açıq olar - deyərlər.

Qulağı kiçik olan kişinin arvadı da gözəl olar - deyərlər.

 

Dağdağan, cəviz, zoğal, çinar, əncir ağacı müqəddəs sayılar - deyərlər. Onları kəsən, yandıran sağ can görməz.

Dar vaxtı evi süpürmək, evdən şey çıxarmaq ziyanlıq gətirər - deyərlər.

Dar vaxtı, ya gecə vaxtı başqa evə ələk versən, çuvalın bərəkətsiz olar - deyərlər.

Dəvə oynayanda qar yağar - deyərlər.

Dilin ucuna pay çıxıbsa, «artıq pay yemisən» - deyərlər.

Deyərlər ki, şabalıd aqacının gövdəsindən yapışqan süzülməsi uzun müddət yağış yağacağına işarədir.

Deyərlər ki, palıd ağacında qozlar sıx olduqda qış çox sərt keçər.

Deyərlər nar, alma, armud Ò»ər bir kəsin dilək ağacıdır.

Onları becərən xeyir tapar.

Deyərlər  ki,  günəbaxan gunəşə aşiq olduğundan Ò»əmişə gözü ondadır.

Deyərlər ki, süpürgə, ilğın ağacı ilə Ò»ər kəsi vursan, şərə düşərsən.

Deyərlər ki, ev ilanı ev adamını vurmaz, o evə bərəkət gətirər, kim dırnağını ilanın üstünə sürtsə, dırnağı şotur olmaz.

Deyərlər odun üstünə su tökməzlər. Od sönsə, ocaq sönər. 

Deyərlər ki, yuxuda at görsən, murada çatarsan.

Deyərlər ki, sağ gözün səyirməsi xeyrədir, solunku şərə.

Deyərlər ki, küknar qozasının çoxluğu yazlıq buğdanın, şam qozasının çoxluğu arpanın bol məÒ»sul verəcəyinə dəlalət edər.

Deyərlər ki, yağış yağana yaxın qaranquşlar alçaqdan uçar.

Deyərlər ki, külək ağaclarda yarpaqları üst tərəfdən çevirirsə, deməli, yağış yağacaq. Düyünü yerə, ayaq altına salmazlar - deyərlər, bərəkəti qaçar.

Elə ki sarı çiçəkli yasəmən ağacı çiçəkləyib şirə buraxmağa başladı, ətrafı bu şirənin iyi bürüdu, deyərlər ki, bir azdan yağış yağacaq.

Elə ki tozağacından, ağcaqovaqdan yarpaqlar təmiz töküldü, deyərlər il yüngül keçəcək, məÒ»sul da bol olacaq.

Elə ki qarquşu civildədi, deyərlər artıq qış gəldi.

 

Əli böyuk olan xoşbəxt, əli uzun olan oğru olar - deyərlər.

Əli soyuq olanın ürəyi isti olar - deyərlər.

Ərə verilən qızı ocağın başına dolandırarlar. Deyərlər ki, «qoy odlu-ocaqlı olsun».

 

İki nəfər baş-başa verərsə, deyərlər evə qonaq gələcək.

İlğın, söyüd sonsuz sayılar. İlğın ağacı ilə Ò»eyvanı vursan azarlar - deyərlər.

İlk övlad yağan doludan birini götürüb dişləsə, deyərlər dolu kəsər.

İlin payız fəsli, yazın əvvəlki ayları yağmurlu keçərsə - deyərlər məÒ»sul bol olacaq.

Yaşılgöz xain, insafsız olar — deyərlər.

Yağan dolunun qabağını almaqdan ötrü onun altına sacayaq, qılınc, balta, gavaÒ»an atarlar. Deyərlər belə olanda dolu kəsər.

Yağışdan sonra görünən qövsi-qüzeÒ»ə Fatma nənənin Ò»anası (cecimi) deyərlər. Guya dünyada olan bütün rənglər bu Ò»anadan götürülmüşdur.

Yerə isti su tökməzlər. Guya yerdə cin olur, amma gözə görünmür. Guya isti su atsan, cinin üstünə tökülüb onu yandırar.

 

Küsdümağacı, Lənkəran yasəməni elə ki öz yarpaqlarını bir yerə yığdı, onda deyərlər Ò»avanın rütubəti artacaq.

Kitabı açıq qoyub yatsan, guya Ò»uşsuz olarsan.

 

Gecə dırnaq kəsənin ömrü qısalar - deyərlər.

Gecə vaxtı evdən başqa yerə od verməzlər. Deyərlər ki, onda ev ziyanlıq çəkər.

Gecə tövlədə olan at bərk tərləsə, quyruğu düyülsə, deyərlər guya onu ya cin, ya Ò»al minib çapıb.

Göz ağı çox olan paxıldır — deyərlər.

Göz qapaqları incə olan adamın aqlı çox olar – deyərlər.

Göz giləsnidə xal olan adamı ağıllı hesab edərlər.

Göz qapaqlarını üst-üstə yeddi dəfə qapayana: - Cinləri qəzəbləndirir - deyərlər.

Gözləri yol çəkən adamın evinə qonaq gələr - deyərlər.

Göy gurultusu xırıltılısa, deyərlər dolu yağacaq.

Görsələr ki, günəş ətrafında Ò»alqa əmələ gəldi, - deyərlər bu, yağmur əlamətidir.

Görsələr payızda yarpaqlar tez töküldü - deyərlər bu qış sərt keçəcək.

Görsələr payızda toz ağacının yarpaqları yuxarıdan saralır, deyərlər o biri yaz tez gələcək: aşağıdan saralır - gec.

Görsələr köstəbəyin zağasının ağzı quzeyədir - deyərlər qış isti olaçaq, gündoğana tərəf olsa, deyərlər quru keçəcək, günbatana tərəf olsa, deyərlər yağmurlu olacaq.

Görünsə ki, dovşan kələminin çiçəyi çəÒ»rayı ya qırmızıdır, deyərlər tezliklə yağış yağacağı gözlənilir.

Guya başından bir tük ayrılıb üzünə düşsə, deyərlər qonağın gəlir.

 

Mavi gözlü adamın baxdığı hər şeydə gözü qalar - deyərlər.

 

Ov sənə baxarsa onu vurma, gözü yolda qalanı var - deyərlər.

Od (atəş) Ò»isli olarsa, uzaqdan bir yolçu gələcəkdir - deyərlər.

Odun gecə Ò»is eləməsi yaxşı nişan deyil - deyərlər, guya onda şeytan gələr.

Ocaqdakı  külün titrəməsini görsələr, od xeyrə oynayır - deyərlər. Odun ailədə bir körpə doğuracağına inanarlar.

 

Sağ gözü səyriyən adama sevinəcək, sol gözü səyriyən adama kədərlənəcək - deyərlər.

Sağ qulağı qızaran adamın arxasınca yaxşılığa, sol qulağı qızaran adamın arxasınca pisliyə danışıldığını deyərlər.

Sağ ovuc qaşınarsa, pul gələcəyi, sol ovuc qaşınarsa, pul gedəcəyi güman edilir.

Səpin vaxtı buğda qovursan məÒ»sul az, yarma bişirsən bol olar – deyərlər.

Səpilən toxum oğurluq olsa bitməz - deyərlər.

Səfərə gedənin dalınca su atarlar. Deyərlər qoy aydınlıq olsun.

Səhər ev adamları çörək yeməzdən əvvəl başqa evə, başqa adama çörək versə, ev bərəkətsiz olar – deyərlər.

Saçında vaxtsız ağ tük olan adama xoşbəxt olacaq – deyərlər.

 

Taxıl çuvalının üstündə otursan bərəkətsiz olar - deyərlər.

Taxıl sovrumu vaxtı külək əsməzsə, Yel babanı maÒ»nı ilə çağırarlar - deyərlər.

Taxıl sovrumu vaxtı bərk külək əsib işə mane olsa, ələyin, ya da xəlbirin üstünü bərk-bərk basdırarlar. Onda yel yavaşıyar - deyərlər.

Taxıl döyümü vaxtı boğanaq qalxarsa, qızlar boğanaq gəlmə, sənə gedəcəyəm - deyərlər.

Təndirdə bişən ilk çorəyi yesən arvadın ölər - deyərlər.

 

Uşağı təzə olmuş ananı Ò»aldan qoruyarlar. Deyərlər guya Ò»al ananın içalatını çıxarıb aparmağa, suya çəkib yeməyə çalışır.

Uşağın dişi çıxanda Ò»ədik bişirərlər. Deryərlər dişi bərkisin.

 

Üzərlik muqəddəs bitki sayılar. Deyərlər ki, üstündə üzərlik gəzdirənə göz dəyməz.

 

Xalq arasında çərşənbəni nəs gün Ò»esab edərlər. Deyərlər nə sən gəl, nə də ilin axır çərşənbəsi.

Xırmandan sovrulmamış buğda götürənin oğlu ölər, sovrulmuş buğda götürənin oğlu olar - deyərlər.

 

Hal gəlməsin deyə bəzi yerlərdə bir şüşə qabın içinə soğan salıb, ağzıaçıq qayçı ilə birlikdə ev qapısının ağzına qoyar, deyərlər ki, daÒ»a Ò»al gəlməz.

Haldan söÒ»bət düşəndə çox yerdə «xalasına lənət» - deyərlər.    

Hamilə qadın dovşan əti yesə, guya doğacağı körpənin ağzı mırıq olar. Böyürtkən, ya da gicitkən yesə, uşağı nadinc olar - deyərlər.

Hamilə qadının bətnindəki uşağın oğlan, ya qız olmasını bilmək üçün qarpızın kəsilib atılan başını dörd bölüb tullayarlar. İkisi bir tərəf, ikisi də başqa tərəfi üstə düşərsə oğlandı, üçü bir tərəf, biri başqa tərəfi üstə düşərsə qızdı - deyərlər.

Hər iki göz birdən səyrisə, onda qovğa ediləcək – deyərlər.



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info