Qonaq Kitabı
QARABAĞ QAZİSİ

 

(Cəfərqulu xana)

Eyləyibdir yenə, mən hiç nə bilməm, qazi,
Xəlq arasında olubdur belə mülzəm qazi.

Yaradıbdır onu ol xaliqi-əşya bieyb,
Dari-dünyada bu surət tapılır kəm qazi.

Qazi hər yerdə olur biməzrvü bədhərəkat,
Şükr-lillah ki, bu həm baməzədir, həm qazi.

Qələmi tiği-düsərdir, özü mərdi-rəhi-din,
Daima Şeyxi ilə cəngə müsəmməm qazi.

Səri-ədadə fırıldar çomağı bərq-asa,
Necə ki, mərəkədə şeşpəri-Rüstəm, qazi.

Nari-qəhri əridir mum kimi fuladi,.
Kureyi-nəfsi-dərunə verə gər dəm qazi.

Kimdi yanında onun Əlquluyü Əbdürəhim,
Kuhi-Əlbürsü yıxar çün toxunan dəm qazi.

Dəhrdə şişə olur səngi-cəfadən eymən,
Ola bir şəhrdə bu tərzlə möhkəm qazi.

Mədəni-cudü kərəm, caygəhi-əmnü əman,
Ədldə Nuşirəvan, bəzldə Hatəm qazi,

Füqəra dövri-sərayində besani-halə,
Nəqdi-ehsani Qarabağə çü şəbnəm qazi.

Ğələt etdim, bu sözün yoxdu vüqui hərgiz,
Qorxuram cəmdəyimə tüf deyə aləm, qazi!

Şişənin simü zərin doldurasan xanəsinə,
Şişəvəş dişrəyə verməz yenə bir nəm qazi.

Qazi oldur ki, qala əhli-vilayət ğəminə,
Nə ki, aləm həmə ğəmdar ola, xürrəm qazi.

Onda mən gördüyümü görmüşəm, indən böylə
Etməzəm taət ona gər ola qibləm qazi.

Haradan gəldi bular, eylədilər xəlqi xərab,
Biri der müctəhidəm, biri müsəlləm qazi.

Atlanıb biri çapar Təkləyə day, danə üçün,
Biri də şamü səhər talibi-dirhəm qazi.

Yay gedər Fingiyə zövq etməyə, qış Qaynağə,
Bir deməz hiç gəlir mahi-məhərrəm qazi.

Qazi lazımdı deyə məhkəmədə şəri-Nəbi,
Nə ki,gəşt edə cahanı minib ədhəm qazi,

Təbrizin arı ucuz, miri-vilayət ğafil,
Hər əlif-bey deyəni qıldı müəmməm qazi.

Dəxi divani-rəiyyət belə getsə qalmaz,
Bu Qarabağı edər cümlə mükərrəm qazi.

Xişü əqvamına mu qədri tərəhhüm qılmaz,
Dəmbədəm xəlqə oxur sileyi-ərhəm qazi.

Sabiqən beylə deyildi,olub indi birəhm,
Həzrəti-xanə olandan bəri məhrəm qazi.

Çox adam var idi, nəzm ilə əda eyləməli,
Xahişi-xanə görə düşdü müqəddəm qazi.

Çünki divanəyə yoxdur qələm, ümmidvarəm,
Əfv edər cürmümü, gər yüzinə söysəm qazi.

Dasitani-Əmiraslanı bu gündən böylə
Başlaram, fikrim əgər olsa fərahəm, qazi.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info