Qonaq Kitabı
Əla, ey sərvi-xoşrəftar, xoş qamət, xudahafiz!

 

Əla, ey sərvi-xoşrəftar, xoş qamət, xudahafiz!

 Edər məşuqdən aşiq, budur adət, xudahafiz!


Vida eylə, əzizim, görməkə didarını bir də

 Ümidim yoxdu hicranın verə möhlət, xudahafiz!

 

Səadətdir səri-kuyində can vermək, budur vəhmim,

 Diyari-hicrdə sənsiz öləm həsrət, xudahafiz!

 


Rəqibi-məhrəmi-bəzmi-vüsal etdin, məni-məhrum,

 Olurmuş beylə rəsmi-yarlıq, əlbət, xudahafiz!


Alıb irsal qıllam nəqdi-can ilə nə əmr etsən,

Buyur, hər xidmətin vardır bizə nisbət, xudahafiz!


Bu fəsli-novbahar içrə mənim tək varmola,yarəb,

Ənisi möhnətü ğəm, mənzili ğürbət, xudahafiz!


Mürüvvətdirmi, ey zalim, dərindən Zakiri-çakər

Gedə bu növ ilə bimüzdü biücrət, xudahafiz?!


 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info