Qonaq Kitabı
Ha deyirsən gələcəyəm, gəlməzsən

 

Ha deyirsən gələcəyəm, gəlməzsən,
Bu qədər insanda ayılan olmaz.
Sənin ğəmzən kimi xəncəri-xunriz,
Mənim bağrım kimi ayılan olmaz.

Bir yerdə ki, şərh eyləyə araya,
Arif gərək o mə'anı araya,
Saqi oldun sən ki, duşdün araya,
Dəxi bu məclisdən ayılan olmaz.

Dərin dərya kənarında yaqusən,
Tök rəqibin gözlərinə yaqusən,
İnsafi yox, ğəzəbi çox yaqusən,
Hərkiz sana mayil ayılan olmaz.

Neçə aşiq can veribdir dərində,
Neçəsi də pabəstədi dərində,
Muradımız hasil xaki-dərində
Yatarıq illən, ayılan olmaz.

Sonalar gölləri bulanıq olar,
Piltə cismim yanar bulanıq olar,
Görəndə Zakiri bulanıq olar,
Zülfün kimi bədxu ayılan olmaz.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info