Qonaq Kitabı
Nə zülmlər qaldı mənim həqqimdə

 

Nə zülmlər qaldı mənim həqqimdə
Eyləməmiş o bivəfa, görəsən?
Yandığına görə alovlarına,
Hələ, barı beş gün səfa görəsən.

Yaslandım dərində bir neçə müddət,
Bir zaman müyəssər olmadı xəlvət;
Vüsalında mümkün olsa fərağət
Səhldir hicrində cəfa görəsən.

Ğəm evində paybəstə olduğum,
Halpərişan, dilşikəstə olduğum;
Bəstəri-möhnətdə xəstə olduğum,
Deyən varmı biinsafa, görəsən?

Nazlı dilbər özgələrə ad olsa,
İşim, kücüm nalə olsa, dad olsa,
Dəli könül dost kuyindən yad olsa,
Kəsilərmi bu qafqafa, görəsən?

Zakir, hər yetənə özün uduzma,
Dərdü qəm çərisin dövrənə düzmə,
Əbəs yerə cəfa çəkmə, can üzmə,
İnanma, xublardan vəfa görəsən.




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info