Qonaq Kitabı
Guşeyi-vəhdət nə əcəb ca imiş

Mən deyirəm təşneyi-mövla imiş.

 

Öz sözünü söylə sən axir, gözüm!

Xeyr, o bir gövhəri-yekta imiş.

 

Cür’əkeşi-meykədeyi-Hafizəm,

Vəh, nə əcəb gövhəri-ğərra imiş!

 

Bağrı qəra, qanlı könül xanəsi,

Ah ki, bir külxəni-sevda imiş!

 

Nami-xuda, təb’i-əcibül-xəyal,

Sözdü bu ya lö’lövü-lala imiş?

 

İzzü əla, kilki-müsəlsəlrəqəm,

Xətdi bu ya ənbəri-Sara imiş?

 

Lö’bəti-surətgəri-Ərjəngi-Çin,

Ya nəməti-xətti-çəlipa imiş.

 

Kağəzi diba kimi gülgun edib,

Cümlə hünər bunda mühəyya imiş.

 

Guş verib nəğmeyi-tavusi-ərş,

Şəhpər açıb ki, bu nə tüğra imiş!

 

Kilki-süxənsəncü şəkərrizə bax,

Gündü bu ya gövhəri-inşa imiş?

 

Nöqtələri hər biri bir qit’ədir,

Hərfləri hər biri pira imiş.

 

Bu həbəşizadə midadi-siyah,

Aləmə bir ne’məti-üzma imiş.

 

Söz bəzəməkdə yədi-beyzası var,

Sehrdi bu ya yədi-beyza imiş?

 

Göyçək olur xameyi-sürxü sifid,

Sevdiciyim bu büti-ziba imiş.

 

Haşimiyəm, varisi-fəxrül-kəlam,

Bizlərə bu şiyveyi-aba imiş.

 

Onda imiş vəsli-cəmii-şüun,

Baniyi-bünyani-bu dünya imiş.

 

Padişahi-ərzü səmadır qələm,

Taci-səri-Xosrovü Dara imiş.

 

Bu qələmi-silsilə mudur ki, bu

Həmdəmi-bir arifü dana imiş.

 

Zöhdü səlahi çölə sal, Gəzgəza,

Mövsimi-eyşü meyü mina imiş.

 

Xançobani adı, Nəbati özü,

Bir üzü qırxıq, bığı burma imiş.



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info