Qonaq Kitabı
Tərfi-gülşəndə genə bir güli-həmra görünür

Çeşmi-cadu nigəhi-nərkisi-şəhla görünür.

 

Hoqqeyi-lə’li-ləbi məxzəni-yaqutü əqiq,

Dişinin hər biri bir dürri-müsəffa görünür.

 

Daneyi-xali-siyəh mayeyi-hər sehrü füsun,

Zülfi-mərğubi gözə əmbəri-Sara görünür.

 

Bu necə dami-bəladır ki, xilas olmaq yox,

Ey dil, əfsun oxu kim, zülfi-çəlipa görünür.

 

Yoxdu bu dərdə dava gər desə naçar biri,

Saqiyi-lalərüxü gərdəni mina görünür.

 

Cö’di-müşkini burax, get sözünü eylə tamam,

Ki, onun hər teli bir dami-bəlaya görünür.

 

Künci-ixfayə çəkil bərqeyi-Deyləmdən keç,

“Üqtülu-Yusifə” bu nəş’ədə inşa görünür.

 

Qəm yemə çox da dəxi kəsrəti-ə’dadən hiç,

Ələmi “nəsri minəllah fətəhna” görünür.

 

Mənzilim oldu genə qəl’əçeyi-səmtü sükut,

Genə bu qəl’ədə bir səxreyi-səmma görünür.

 

“Əntə minni” dedi Səlmanə nəbi, eyb olmaz,

Məndə “Allahü məək” gün kimi peyda görünür.

 

Bəzmi-vəhdətdə məqam eyləyəni Tari bilir,

Könlümün ayinəsi məzhəri əsma görünür.

 

Cami-Cəmşidi əcəb müft gətirdim əlimə,

Lövhi-dil ayineyi-məzhəri-əsma görünür.

 

Gəl bir az da vuralım Qaf kimi lafi-kəzaf,

Hüsni-xəttimdə səfayi-yədi-beyza görünür.

 

Aç fəsahət qapısın, ey “ənə əfsəh” nəsli,

Səndə mirasi-şahənşahi-tədəlla görünür.

 

Şəms Təbrizi kimi möhyiyi-əmvat oldun,

Vəh, onun cilvəgəhi aləmi-bala görünür.

 

Təb’i mətbuun edən Maniyü Ərjəngi xəcil,

Rəşheyi-kilki-tərin sehri-həlala görünür.

 

Bu nə pərvazdı, ey tairi-Simürğ-şikar,

Təhti-balında genə fövqi-Sürəyya görünür.

 

Sözü qıl şəhdü şəkər, ey “ənə əmləh” balası,

Məhəki-dürri-süxən surəti-Sədra görünür.

 

Canımı yaxdı bu od, oldüm, aman, ey saqi!

Bircə bax, gör nə əcəb daməni-səhra görünür.

 

“Ləntərani” demə çox, sağəri-zərrini götür,

Nə əcəb səndə genə bu “ləmü ləmma” görünür.

 

Bircə göstər üzünü, şad elə bu məhcuri,

Ki, sənin mehri-ruxun dəf’i-bəlaya görünür.

 

Şəddi-Bəğdad nədir, hicr günü çeşmi-tərim,

Yaş tökəndə deyəsən mövceyi-dərya görünür.

 

Şahi-mürğani-cahan hüdhüdi-xoşnəqşü nigar,

Mərhəba söylə görüm, hovdəci-Leyla görünür.

 

Eşq imiş kamil edən cümleyi-insani, bəli,

Səbəbi-cəzbi-bəni hissi-həmira görünür.

 

Dəm çəkib dinmə dəxi, tut üzünə bərqeyi-naz,

Dərdinə çarə sənin pərdeyi-ixfa görünür.

 

Basma dişqarı qədəm künci-xəfadən, zinhar

Ki, cahan içrə əcəb mə’rəkə bərpa görünür.

 

Piri-gülrəng əgər etsə camalın zahir,

Həq bilir kim, deyərəm Xizri-müəlla görünür.

 

Hümməti-piri-müğan şamili-əhval oldu,

Qasidi-şəhri-Səba zahirü peyda görünür.

 

Həmdülillah ki, qəbul oldu düayi-səhərim,

Əsəri-kəşməkeşi-Qənbəri mövla görünür.

 

Həyy edər əzmi-rəmimi, nəfəsi-müşkini,

Nitqi-şirini əra mö’cüzi-İsa görünür.

 

Bu necə ləhcədi, ey tutiyi-suti-xətü xal,

Çətri-əlvani-Süleymani-səmaya görünür.

 

Afərin fal ki, tövfiq mübarək gəldi,

Leylətül-qədr yanınca şəbi-yəlda görünür.

 

Sözü şirin, özü çirkin Nəbati deyilən,

Tari döysün ki, o, bir nəngi-əbaya görünür.



 
[1] [2] [3] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info