Qonaq Kitabı
Şəhrbəndi-dildə bir sultanı gözlər gözlərim

Zibi-Iran xütteyi-Tehranı gözlər gözlərim.

 

Kaşifi-”elmi-lədünni”, alimi-”mafiz-zəmir”,

Vaqifi-sirri-əzəl Mirzanı gözlər gözlərim.

 

Rövnəqi-bəzmi-şahənşahi-Süleyman dəstgah,

Xizr-məqdəm, mürşidi-dananı gözlər gözlərim.

 

Çakəri-Qənbər, qulami-Heydəri-Düldülsəvar,

Bir, Nəbati, rindi-bipərvanı gözlər gözlərim.



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info