Qonaq Kitabı
Bircə bax gör açılıb o güli-həmra, həmra

Gəl dönüm başına, ey dilbəri-ziba, ziba.

 

Nə bilərdim ki, pənir hansıdı, ya mast nədir,

Eylədin sən məni bir arifi-dana, dana.

 

Hafizin ruhuna ixlas ilə bir fatihə ver,

Çərx vur, dövrə gəl, ey bəççeyi-ənqa, ənqa.

 

Tutiyi-baği-cinan, bülbüli-şaxi-Şiraz,

Xaceyi-Şəms-ləğəb, şairi-ğərra, ğərra.

 

Etdi pamal məni möhnəti-əyyami-fəraq,

Qalmadı tabü təvanım dəxi ağa, ağa!

 

Qoyma bu qulzümi-qəmdə məni, ey dürri-yətim,

Sən də bir yol vecə gəl, ey şəhi-vala, vala.

 

Rövzeyi-sərvəri-din şahi-Xorasanə baxın,

Çərxi-ətləsdi bu ya günbədi-Xizra, Xizra.

 

Neçə qəndili-bülurü neçə şəm’i-pürnur,

Sanasan gündü çıxıb, ya məhi qumra, qumra.

 

Çil-çırağın nə deyim yoxsa təcəlla budu, bu

Nəxli-iməndi bu ya atəşi-Sina, Sina?

 

Gülşəni-səhni-gülüstani-Irəm ya rizvan,

Səqfi-eyvani-təla, aləmi-bala, bala.

 

Bir də ol rövzə təvafi mənə gər olsa nəsib,

Çeşmi-tərdən edərəm mən onu dərya, dərya.

 

Gövhəri-nəzmdi, ya silki-düri-lə’li-xoşab,

Şe’ri-rəngindi bu ya lö’lövü lala, lala.

 

Hər igid cür’ət edib bəhrdə qəvvas olmaz,

Ey Təhəmtən, gəl aman, Bijəni hovla, hovla!

 

Düşməsin başıma qoy zilli-hüma, istəmirəm,

Saqi olsun gülüm ol sərvi-dilara ara.

 

Şükr, səd şükr ki, səbz oldu muradım nəxli,

Eylədi pir məni gör necə bürna, bürna!

 

Hər tərəf cuşə gəlib sünbülü reyhan kimi xətt,

Deyəsən xürrəm olub tudeyi-ğərra, ğərra.

 

Güli-həmra, güli-rə’na, güli-suri, güli-nar,

Susənü nəstərənü zənbəqü lala, lala.

 

Böylə gül yasəmənü qönçeyi-tərdən nə çıxar?

Pirə bax, bir danışır gör necə bərra, bərra!

 

Cür’ətim yox ki, edim adını izharü bəyan,

Xaceyi-Xizr-nəzər, mürşüdi-bina, bina.

 

Sədri-afaq zəvilməsnədi-bəzmi-xaqan,

Bədri-xərqahı-şəhənşahi-Skəndər, Dara.

 

Piri-Isa-dəmü Musa-kəfü Davud-hünər,

Şahi-Cəmcahü qədər qüdrətü şana, şana.

 

Şahi-Key-təl’ətü Vüz-qamətü Bürzü bazu,

Piri-xoştinətü xoşfitrətü Asəf-asa.

 

Piri-gülrəngü giransənkü cəlilül-nəhmə,

Şahi-mehrəfsərü məhməğfərü Keyvancaca.

 

Piri-dəryadilü qüdsigilü Şibli-xislət,

Şahi-Tüğruldərü Fərruxfərü Kəsrarara.

 

Piri-xoşrə’yü nikuxülqü həmidüs-sirə,

Şahi-düşməngüşü xəsməfkənü Bəhmənzaza.

 

Piri-dilzindəvü şəbxizü ülüvvül-ərkan,

Şahi-Məhmudğəza miri-Süleyman nana.

 

Məzhəri-zilli-iləh, Xosrovi-xurşidküləh,

Qeysəri-nəcmi-süpəh, həmhuyü huhu haha.

 

Pakü napakə yetər çünki onun ehsanı,

Xançobani, göyə tut başını yaya-yaya.

 

Saqiya, dur ki, gəlir rayiheyi-nəfxeyi-sur,

Gör nə xoş dəmdi bu dəm, mən sənə qurban ka, ka!

 

Bir dua eylə şahənşahi-əzimüş-şə’nə,

Qibleyi-külli-üməm, səlli və va, va, va, va!

 

Vacib eylə özünə şahi duasın daim,

Müstəmirri yemək asan dəyi, baba, baba.

 

Ey o kəs kim, səni hər kimsənə bərhəqq bilir,

Çeşmi-bəddən sən özün bu şəhi saxla, saxla.

 

Yeddi iqlimə ola su kimi əhkamı rəvan,

Behəqi-sərvəri-Yasin, şəhi-Taha, Taha.

 

Həşmətü şövkəti olsun günü-gündən əfzun,

Cıqqası xəm yeməsin ta dura dünya-dünya.

 

Nəçidir hatəmi-Tey, hümməti-şahənşəhə bax,

Yayılıb xalqa, bütün aləmə ölka-ölka.

 

Dolanıb başına, billah, belə şirin zad yox,

Gənci-mövrusu təmam aləmə payla, payla.

 

Sahibül-əmr özüdür, ya da onun vəziri,

Gəlməyib aləmə, hərgiz, belə adil şa, şa.

 

Vəh, nə xoş zaddı ki, bir bəndəni Allah sevə!

Nil çək alnına oğlun, xanım ana, ana.

 

Bilmirəm adını, ey ləmyəlidü ləmyuləd,

Hərə bir ad deyirlər sənə mən “lala, lala”.

 

Rəxti, pəxti yerə qoy, futəni bağla belinə,

Burdadır bəhri-mühiti-düri-yekta, yekta.

 

Saxla yadında, Nəbati, dedim üç yol lala,



 
[1] [2] [3] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info