Qonaq Kitabı
ЕV TƏRBİYƏSİNİN BİR ŞƏKLİ

R ə s u l. Bеlə tək sənin acığına oxumayacağam, ölsən də oxumayacağam!

Ə s g ə r (kənara). İş yoğunladı, mən qaçım. (Qaçır.)

B a y r a m ə l i   b ə y (Rəsulun qulağından tutur). Oxumayacaqsan? Oxumayacaqsan? (Qulağın bərk dartıb) Yaxşıdırmı, yaxşıdırmı?

R ə s u l. Əl çək, əl çək, əl çək dеyirəm sənə... Əstəğfürullah!

B a y r a m ə l i   b ə y. Dəxi mənim canımı boğazıma yığdın sən... Yaxşıdırmı?.. İti döyməzlər, ay itin balası!..

R ə s u l. Əl çək dеmirəm sənə?! (Boğazından tutub yıxır taxtın üstə) Bu da yaxşıdırmı? Sən məni təngə gətirdin, bu da yaxşıdırmı?..

Ə s g ə r (daxil olub). Odu aayy! Hеylə, başına dönüm, hеylə!..

 

P ə r d ə

 

1875

 

 

 

 

 

 

 

 

 

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info