Qonaq Kitabı
QARANLIQDAN İŞIĞA

B a h a d ı r. Elə şey mümkün deyil.

Ə b d ü s s ə l a m.O müşkül işdir, inanmam.

 

İşığı görürlər.

 

C ü m l ə s i. Ah! Doğru. İşıq gəlir.

U l u ğ. Ey əhli-zülmət, hazır olun, işıqlı dünyaya çıxırıq.

 

Səhnə qaranlıq olur. Həzin-həzin musiqi səsi gəlir. Dal pərdə qalxır. Mənzərəli dağlar, ciçəklərlə bəzənmiş çəmən və sular görünür. Bir taqım qız, çiyinlərində cürdək bulağın başına toplasıb, kimi su doldurur, kimi söhbət edir. Bu halda dağın arasından cərgə ilə Uluğ, Əkbər, Zeynəb, Firəngiz, Qasım, Qubad, Xun-xuz çıxırlar.

 

Z e y n ə b. Ah, işıqlı dünya nə gözəldir!

F i r ə n g i z. Ah, nə yüksək, nə işıqlı göylər!

Q a s ı m. Sənə baxdıqca göz doymayır, ey çeşməli, həm yaşıl dağlar.

Q u b a d. Nə xoş mənzərən var, ey çiçəkli çəmənlər.

Ə k b ə r. Ey göydə süzən azadə şahin! Məni qaynağına alıb da qaldır. O yüksək səmada bir qədər seyr edim. Bu təzə cahana doyunca baxım.

X u n-x u z. Ötünüz, ey xoş avazlı, qəlbə zövq verən quşlar!

C ü m l ə s i. Əhsən sənə, əhsən sənə, ey həqiqət işığı.

U l u ğ (al bayrağı qaldırıb). Məhv ol bu cahandan dəxi ey dəhşətli-zülmət!

 

P ə r d ə

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info