BİARSƏN
Mən oylə bilirdim ki, mana yarsən, Aqilü fərzanəvü huşyarsən. Əhdli, peymanlı, vəfadarsən. Mən nə bilim şeyxlə həmkarsən, Tənbəlü biqeyrətü biarsən!
Parçalayır sinəni İran səsi, Milləti-məzlum, pərişan səsi. Gündə gəlir qan səsi, viran səsi, Yoxsa eşitmir qulağın, karsən, Ax, necə bihimmətü biarsən!
Sən hələ məxmuri-meyü çorsu bəng, Ümməti-biçarədə yox ruhü rəng. Hey atılır ərzimizə tir, səng. Səktələnir: olma xəbərdar sən, Çünki özün zülmə tərəfdarsən!
Qaldı vətən təhlükədə, xofnak, Batdı qızıl qanə o torpaği-pak. Etmədin əsla qəminə iştirak. Abdəsən, nəxleyi-bibarsən, Ölməyə, billahi, səzavarsən!
Bilmədim istəklisən əğyar ilən, Şah ilə, həm şeyx ilə, əşrar ilən, Qurbağa, kərtənkələ, şəhmar ilən, Zalimü cabbarla həməfkarsən! Fitnə-fəsad əhlinə sərkarsən!
Fasiqü bidinə həvadarsən! Əskicə kalayə xridarsən! Alimi-biməntiqü biarsən!
Şəmşirək “Zənbur”, 1909, â„– 17.
|