Qonaq Kitabı
DAĞLAR

Ziynətli nərgizdən, tər bənövşədən,

Al, yaşıl geyinib şad olan dağlar.

Gülab kimi axır zülali sular,

Dəhanlar ləzzəti, dad olan dağlar.

 

Bir yanda yaylayar Keçili Dəllər,

Bir yanda düşübdür o ağır ellər,

Açılıb lalələr, qırmızı güllər,

Bülbülü gülündən yad olan dağlar.

 

Qızılcadır, Soyuq bulaq yaylağı,

Bərələri şahın şahbaz oylağı,

Çeşmə abi-həyat, gözəllər saqi,

Canlara məhəbbət, ad olan dağlar.

 

Yeridi üstünə o zülmükar xan,

Əlində fərmanı Fəğfüri xaqan,

Heyif, soldu gülün, Dilqəm ağlar qan,

Aqibət əməli bəd olan dağlar.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info