Qonaq Kitabı
GÖRMÜŞƏM

Belin nazik, qəddin uca, üzün gül,

Məlahəti sən cananda görmüşəm.

Nə Gülüstan-Rəmdə, nə Şahpəridə,

Nə mələkdə, nə insandə görmüşəm.

 

Az bilirsən camalının qədrini,

Görsə mat eyləyər ayın bədrini,

Necə deyim o zülflərin ətrini,

Nə sünbüldə, nə reyhanda görmüşəm.

 

Dilqəm əmsə ləbin, tez gələr cana,

Hüsnün şamına mənəm pərvana,

Görsələr alimlər, olar divana,

O xal ki, mən zənəxdanda görmüşəm.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info