BAKI
Adə, bu şəhərdə gəl gör nələr, nələr, varimiş! Nə şeytənət, nə dəsais, nə hiylələr varimiş!
Qulağım ilə sizin tək eşitmiş idim mən; Gözümlə görməmiş idim, əcəb xəbər varimiş!
Şəhərdə gəzməyə bindən ziyadə faytonlar, Nə qədər axtafabil, çoxlu konkələr varimiş!
Cəmaətin arasında nə təfriqə, nə nifaq, Nə əyrilik, nə oğruluq, nə kisəbər varimiş!
Tazapirskidə bir yaxşı məscidi-ali... Yanında mədrəsədən ötrü hücrələr varimiş!
O hücrələrdə oxurmuş neçə düjün tələbə, Mağıl müsəlman işi, əsl xeyir-şər varimiş!
“Nicatə”, “Nəşri-məarif”lərə nə hacət var, Üsuli-köhnə məkatib və zir-zəbər varimiş!
Neçünki, Bakudə xalis müsəlman artıqdır: Olarda əql, fərasət, bilik, hünər varimiş.
Əgərçi bir parası onların da tovlandı Üsuli-tazəyə; heç bilmədi zərər varimiş!
Vəli ki, gəncəlilər tək hanı evi yıxılan, Nə molla Sadiqi, ondan nə bir əsər varimiş!
Yeni üsulə uyuşdu ümumi-Gəncə hələ; Nə yaxşı bir Hacı Bağır, o mötəbər varimiş!
Xülasə, Bakuni gəzdim, ürəkdə xofu həras, Cəhanda, mən nə bilim, şəhri-pürxətər varimiş!
Əgərçi yazmağa söz çox, vəli qəribəm mən, Yatıbdı Dəmdəməki, Qırxayaq, məgər varimiş!
“Molla Nəsrəddin”, 1908, â„– 50.
|