İSTİBDAD
Titrəyir pənceyi-cəlladi-qəzadə bədənim, Qəti-ümmidi-həyat etməyə amadə tənim.
Ziri-şəmşiri-cəfadə edirəm tərki-həyat, Olur əfsürdə gülüm gülşəni-dünyadə mənim.
Ruhi-hürriyyətimi qəbz eləyib istibdad, Biçilibdir boyuma şəhri-bəladə kəfənim.
Ah, ey nuri-ədalət, qəməri-hürriyyət, Parlayın kim, qapanır dəsti-sitəmlə dəhənim.
Çürüsə cismim əgər xaki-siyəh altında, Yenə hürriyyət olur hər əməlim, hər süxənim.
Qılsa da ruhimi qəbz, etsə də yüz parə bəni, Aqibət olmalıdır kuyi başında həvənim.
Bikəsa, rahətim olmaz yerim olsa cənnət, Pişi-çeşmimdə əgər boylə fənadə vətənim.
1906
|
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info