Simi-ğəzənin zülfi-pərişan arasında
Simi-ğəzənin zülfi-pərişan arasında, Guya ki, bitib ağ gülü rеyhan arasında.
Sübhün işığıdırmı və ya şölеyi-sinə, Оl kim, ağarır çaki-giriban arasında.
Еy müğ, sənə döndüm, mənə bir qədr еlə, barı, Еtmə məni bədnam müsəlman arasında.
Ya qismət еdər Vaqifə hüsnün səmərin həq, Yainki qоyar başını mеydan arasında.
|
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info