Qonaq Kitabı
OYNAYIRAM

 

Naseha, var, sənə nə mən ki, qumar oynayıram?

Etmişəm canıma bu kari şüar, oynayıram!

Ta ki, bitmişdir atam qoyduğu var, oynayıram!

Uduzur, ya uduram, etməyir ar, oynayıram!

Ya ki, xalq içrə edir bu məni xar, oynayıram!

 

Mən mənim, mal mənim, var mənimdir, sənə nə?

Ad, şərəf, yer, dərü divar mənimdir, sənə nə?

Satdırır olsa girovdar, mənimdir, sənə nə?

Hər gecə məst, günüz xəstə-xumar, oynayıram!

Etmişəm canıma bu kari şüar, oynayıram!

 

Mən müəllim, tələbə, molla, mühərrir deyiləm!

Nüktədan, vaqifi-əsrar, müdəbbir deyiləm?

Keyfsizəm, gülməliyəm, mən mütəfəkkir deyiləm,

Bilmirəm qaidə, əndazə, şümar, oynayıram!

Oynayır xalq hamı, xürdü kubar, oynayıram!

 

Yandırırmı həsəd atəşləri canü tənini?

Öylə gördükcə soyuq, boş yanını, məskənini!

Tanrı eylər bu bəxalətlə səqər mədfənini!

İsti evlərdə kənarımda da yar, oynayıram!

Udmayır, uddururam, etməyir ar, oynayıram!

 

Get, nəsihət elə, allahı sevirsən, özünə!

Yoxsa, axmaq, dəlimi görsənirəm mən gözünə?

Baxmaram, əsrə imam olsan əgər, bir sözünə!

Etməz əfsanələrin başıma kar, oynayıram!

Söylə, canım, sənə nə, mən ki, qumar oynayıram?!

Şamü nahar oynayıram,

Sinə fikar oynayıram,

Tövbə edib sındırıram,

Gündə sebar oynayıram,

Bəddir əlim, bulmayıram,

Bircə - çevir – olmayıram!

Xalq şikar oynayıram,

Dərdə düçar oynayıram.

Udmaq umar, oynayıram,

Xalqa nə var, oynayıram!

 

 

“Tuti”, 1917, â„– 12.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info