Qonaq Kitabı
TAZİYANƏ

Yazdığın nəzm, nəsr yazıləri

Oxuyuram, fəqət mən anlamıram.

Anlamaq güc, ğəliz ibarə təmam,

Beynimə girmir anlayış əsəri.

 

Türkcə yaz, sadə yazmayırsan, sus!

Hamının yox ərəbcədən xəbəri.

Danışaq doğru, əyləşək əyri,

Saxlayımmı yanımda bir qamus?

 

Türkcə bir beytdə iki kəlmə,

Farsca üç var, ərəbcə var on üç,

Türk dilin etmə ey ədibim, puç!

Azı bir azca da sən əsgiltmə!

 

Kefsiz

“Molla Nəsrəddin”, 1911, â„– 45.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info