TAPMACA
Saqqalı uzun, guşi pühən, naqədəhəndir, Alnı iki barmaq, gözü dar, boynu kərəndir, Qamətdə uca, əqldə alçaq, döşü kəndir, Yüzyaşlı, beli əyri, özü piri-kühəndir. Gamuş nəfəs, gav qədəm, fil bədəndir, Əfalı fitən, kari hiyəl, hərfi çərəndir, Rəftarı acı, söhbəti duzsuz, hədərəndir, Xudbin, xudavəndi-xirəd, sahibi-fəndir, Ağzına qapaq xəlqin, ayağına rəsəndir, Yanında iki kəlmə danışmaq qədəğəndir. Hatif! Bunu bildir mənə, hansı kəsəyəndir?
Kefsiz “Molla Nəsrəddin”, 1911, â„– 31.
|
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info