SOLĞUN MƏNƏKŞƏLƏR
Bir müsamirə xatıratından.
Boynu bükük, еy öksüz mənəkşələr! Ah nə çabuq sarardınız, soldunuz? Nеrdə o dünkü sеvdalı nəş’ələr? Nədən böylə həp pərişan oldunuz?
Şəfəqdən doğma ləbləri öpərkən, Siz ki bəxtiyarca gülümsərdiniz; Yoqsa o nurdan dökülmüş əllərdən Ayrılınca, çiçəkləndi dərdiniz?
Gözəl, hər halınız gözəl... Daima Xəstə gönlüm oqşar sizi, alqışlar; Uf, nədənsə pək doqunur ruhuma Vərəmli çöhrələr, məhzun baqışlar...
|
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info