Canə od vurdum özüm, pərvanələrdən küsmüşəm
Canə od vurdum özüm, pərvanələrdən küsmüşəm, Ta ki, Məcnun olmuşam, divanələrdən küsmüşəm.
Bir qələt sözdür ki, derlər, gənc olur viranədə, Gənc yox, viranə çox, viranələrdən küsmüşəm.
Hasilim oldu təhəzzübdən nədamət tuşəsi, Indi ol baş ağrıdan əfsanələrdən küsmüşəm.
Mən eşitdim ol gülün meyxanələrdir mənzili, Əsli gördüm yox, gəlib meyxanələrdən küsmüşəm.
Xanimanımdan məni saldı Nəbati dərbədər, Əqlə bax, Məcnun kimi biganələrdən küsmüşəm!
|
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info